Ankara Bakı ilə saziş olmadan bu addımı ata bilər?

Ankara Bakı ilə saziş olmadan bu addımı ata bilər?

Ermənistanın Azərbaycanla sülh və ya çərçivə sazişini imzalaması Türkiyə ilə də münasibətlərin normallaşmasına şərait yaradacaq, sərhəd açılacaq. Bu, saziş imzalanmadan əvvəl də baş verə bilər və buna görə Türkiyənin qınanması doğru olmaz.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, başda Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş ölkənin rəsmiləri rəsmi Bakının qərarını gözləyirlər:

“Ancaq Ankara Ermənistan siyasətində qərar verməkdə sərbəstdir. İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin açıqlamaları da bu yöndədir. Azərbaycan və Türkiyənin ortaq siyasəti Cənubi Qafqazda sülhün və hərtərəfli əməkdaşlığın bərqərarıdır”.

Qeyd edək ki, Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu ötən gün Türkiyə-Ermənistan münasibətlərinin tez bir zamanda normallaşması üçün çağırış edib.

Həmçinin Avropa Birliyinin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos və ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan dünən Türkiyə ilə sərhədə gedib və “Marqara” keçid məntəqəsində görülən işlərlə tanış olublar.

Teqlər: