Türkiyə Xarici İşlər Nazirliyi Avropa Komissiyasının 2021-ci il üçün Avropa İttifaqının (Aİ) genişləndirilməsi strategiyasına dair hesabatının Türkiyəyə həsr olunmuş hissəsini tənqid edib.
AzerTimes-ın məlumatna görə, XİN-dən bildirilib ki, sənədə Ankaranın Aİ ilə yüksək səviyyəli dialoqa başladığı və blokla daha müsbət siyasi gündəm hazırlamağa çalışdığı bir vaxtda, Aİ-nin Türkiyə qarşısındakı öhdəliklərə məhəl qoyulmur:
“Ankara Aİ-nin səlahiyyətlərinə daxil olmayan mövzularda tutarsız və qərəzli Yunan-Kipr tezislərini özündə ehtiva edən Avropa Komissiyasının hesabatını rədd edir”.