Ankara Afinaya S-400-lərlə cavab verər – Ekspert

Ankara Afinaya S-400-lərlə cavab verər – Ekspert

Əgər Yunanıstan Cənubi Kiprə əlavə qoşun göndərərsə, Türkiyə də buna qarşı cavab olaraq Şimali Kipr Türk Cümhuriyyətinə əlavə hərbi texnika göndərə bilər.

AzerTimes xəbər verir ki, bunu ölkə mətbuatına açıqlamasında türkiyəli hərbi ekspert Kamal Olçar deyib.

“Misal üçün, Yunanıstan Cənubi Kiprə S-300 hava hücumundan müdafiə sistemlərini yerləşdirsə – necə ki, bir neçə il əvvəl bu addımı atmışdı – Türkiyə də Şimali Kipr Türk Cümhuriyyətinə arsenalındakı S-400 sistemlərini göndərər. Və yaxud da Şimali Kiprdə daha yüksək imkanları olan silah sistemi quraşdırar. Bu addımların sonu yoxdur”, – ekspert vurğulayıb.

Teqlər: