Türkiyə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarına dair
illik hesabatında yer alan əsassız ittihamları tamamilə rədd
edir.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər
Nazirliyinin bəyanatında deyilir.
XİN sənədə Türkiyə ilə bağlı iddiaların əlavə edilməsini yersiz
adlandırıb.
“ABŞ Dövlət Departamentinin 2021-ci ildə dünyada insan haqlarına
dair hesabatında yer alan Türkiyə ilə bağlı əsassız iddiaları
yersiz hesab edir və onları qəti şəkildə rədd edirik”, – deyə
XİN-in bəyanatında deyilir.
Xarici İşlər Nazirliyi ABŞ-ın Türkiyənin terrorizmin bütün
təzahürlərinə, ilk növbədə, YPG/PKK, İŞİD, FETÖ və DHKP-C kimi
terror qruplaşmalarına qarşı mübarizə səylərinin əhəmiyyətini hələ
də dərk etməməsindən təəssüfləndiyini bildirib.