Android-14-ün təqdimatı təxirə salındı

Android-14-ün təqdimatı təxirə salındı

Quql şirkəti Android-14 əməliyyat sisteminin təqdimatını təxirə salıb.

AzerTimes xəbər verir ki, bu barədə “SamMobile” məlumat yayıb.

Məlumata görə, İT mütəxəssisləri təqdimatın 4-5 sentyabr tarixlərində olacağını gözləyirdilər, lakin bu, baş verməyib.

Şirkət təxirə salınmanın səbəblərini açıqlamayıb.

Məşhur insayder Mişaal Rəhman bildirib ki, Android-14-ün stabil versiyasının təqdimatı oktyabrın 4-də həyata keçiriləcək.

Teqlər: