ANAMA yenidən vətəndaşlara çağırış etdi

ANAMA yenidən vətəndaşlara çağırış etdi

Xəbər verdiyimiz kimi, bu gün Tərtər rayonunun Çaylı kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, mina hadisəsi ilə bağlı Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayaraq vətəndaşlara çağırış edib.

Bildirilir ki, ilkin məlumata əsasən OZM tipli qəlpələnən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev həlak olub.

Qeyd edək ki, cari ilin 9 mart tarixində Yaquar Hadıyev həmin ərazidə baş verən piyada əleyhinə minanın partlayışı nəticəsində zərərçəkmiş, sol ayağı topuqdan aşağı amputasiya edilmişdir.

Unutmayın, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi hələ də davam etməkdədir.

Teqlər: