ANAMA Xocavənddəki partlayışın təfərrüatını açıqladı

ANAMA Xocavənddəki partlayışın təfərrüatını açıqladı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonu Çartaz kəndi ərazisində arıçılıq təssərüfatında baş verən partlayışın təfərrüatını açıqlayıb.

ANAMA-dan AzerTimes-a verilən məlumata görə, hadisə arıçılıqla məşğul olan 1996-cı il təvvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə edərkən baş verib.

Partlayış nəticəsində S.Ələsgərov sağ əlindən xəsarət alıb və zərərçəkənin sağ əlinin 3 barmağı amputasiya olunub.

ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.

Teqlər: