ANAMA-nın əməkdaşı minaya düşüb

ANAMA-nın əməkdaşı minaya düşüb.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağdamın işğaldan azad olunan ərazisində baş verib.

Ağdamın Baş Qərvənd kəndindən Uzun Dərə kəndinə çəkilən yeni yolun minalardan təmizlənməsi zamanı partlayış olub.

Hadisə nəticəsində yaralanan ANAMA-nın əməkdaşı Fərid Əliyev Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Teqlər: