“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində sonuncu mərhələnin tapşırığı icra edilib (FOTO/VİDEO)

Xəbər - Trend6

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan HHQ-nin hərbi pilotları sonuncu mərhələnin tapşırıqlarını uğurla icra ediblər.

Ssenariyə əsasən təlimə cəlb olunan hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.
Hərbi pilotlarımız şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

Azərbaycan HHQ-nin hərbi pilotları xüsusi peşəkarlıq nümayiş etdirərək təlimdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Teqlər: