Ana və 7 yaşlı qızı itkin düşdü

Ana və 7 yaşlı qızı itkin düşdü

Bakıda ana və 7 yaşlı qızı itkin düşüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə avqustun 23-də paytaxtın A.Neymətulla küçəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Aysel Niyazi qızı Əliyeva övladı, 2015-ci il təvəllüdlü Ruksarə Tamerlan qızı Kərimova ilə birlikdə yaşadıqları evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində müvafiq yoxlama aparılır.

Teqlər: