Amsterdamda Respublika Gününə həsr olunmuş bilbord böyük marağa səbəb olub (FOTO)

28 may tairixində Niderland Krallığının Amsterdam şəhərində (Kalverpassage, Kalverstraat küçəsi) 28 May- Respublika Gününə həsr olunmuş reklam xarakterli bilbord quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, şəhərin mərkəzində yerləşən ticarət mərkəzində quraşdırılan bilbord yerli sakinlərin marağına səbəb olub. Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə həyata keçirilən layihə Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyevin təşəbbüsü ilə baş tutub.

Gün ərzində Krallığın digər şəhəri – Den-Haaqda De Passage küçəsində də eyni məzmunlu bilbord quraşdırılacağı gözlənilir.

Teqlər: