Amnistiya aktı tətbiq edilən şəxslərin sayı açıqlanıb

Xəbər - Samir Əli – Trend:

15.02.2022-ci il tarixinə Ədliyyə Nazirliyinin Penitensiar və
Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən “8
Noyabr -Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında”
Milli Məclisin 05.11.2021-ci il tarixli Qərarı 12570 nəfərə tətbiq
edilib.

Bu barədə AzerTimes-a
Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, onlardan 5009-u Penitensiar, 6759-u
Probasiya xidmətləri tərəfindən tətbiq edilmiş, amnistiyanın
tətbiqi nəticəsində 8138 nəfər ayrı-ayrı cəzalardan azad edilmiş,
3630 nəfərin isə cəzası azaldılmışdır.

Teqlər: