Amnistiya aktı humanizm siyasətinin davamıdır – Komitə sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

8 noyabr – Zəfər Günü münasibətilə amnistiya Azərbaycanda humanizm siyasətinin davamıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin bu gün keçiriən plenar iclasında amnistiya ilə bağlı məsələ haqqında məlumat verərkən deyib.

O qeyd edib ki, Azərbaycanda humanizm siyasətinin davamı nəticəsində 1995-2021 illər ərzində 67 əfv fərmanı və sərəncamı imzalanıb.

Ə.Hüseynli bildirib ki, bu müddət ərzində 11 amnistiya aktı qəbul edilib və bunlardan bir neçəsi Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilib.

Onun sözlərinə görə, indiyə qədər qəbul edilən amnistiya aktları 117 min şəxsi əhatə edib.

Teqlər: