Amerikanın Atlas V raketi Pentaqonun kəşfiyyat peyklərini orbitə çıxarıb

Cümə günü orbitə buraxılan “Atlas V” ağır daşıyıcı raketi ABŞ Müdafiə Nazirliyi üçün iki peyki uğurla orbitə çıxarıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə mələimatı kosmik aparatın operatoru – United Launch Alliance (ULA) şirkəti bildirib.

Raket ABŞ Kosmik Qüvvələrinin gizli geosinxron kosmik situasiya məlumatlandırma proqramının bir hissəsi kimi GSSAP 5 və GSSAP 6 peyklərini geosinxron orbitə çıxarıb. Bu departamentin əsas məqsədi digər ölkələrin kosmik gəmilərini izləməkdir.

Pentaqonun peykləri bu məqsədlə yaradılmış Amerika orbital bürclərinə qoşulacaq. İlk iki GSSAP 2014-cü ildə, ikinci cüt – 2016-cı ildə istifadəyə verildi.