ABŞ-ın Demokratlar və Respublikaçılar partiyalarının xeyli sayda
tərəfdarı ABŞ prezidenti Co Bayden və onun sələfi Donald Trampı
dəstəkləməkdən imtina edib.
Trend xəbər verir ki, bu SSRS şirkətinin CNN telekanalının
sifarişi ilə keçirdiyi sorğuda deyilir.
Respondentlər 2024-cü ildə keçiriləcək növbəti prezident
seçkiləri zamanı yeni namizədlər görmək istədiklərini
bildiriblər.
Sorğuya görə, demokratların tərəfdarlarının 51 faizi partiyadan
yeni namizədin Bayden deyil, yeni namizəd irəli sürülməsini
arzulayıblar, onların 35 faizi Baydenin Respublikaçı namizədi
məğlub edə biləcəyinə şübhə etdiyini bildirib. Sorğuda iştirak
edənlərin 19 faizi onun yaşından narahatdır, çünki Baydenin 2024-cü
ildə 82 yaşı olacaq.
Trampın 2024-cü ildə namizədliyinin tərəfdarları və əleyhdarları
arasında səslər demək olar ki, bərabər bölünüb: sorğu
iştirakçılarının 50 faizi onun namizədliyinin lehinə olub, 49 faizi
hesab edir ki, başqa siyasətçi partiyadan seçkiyə getməlidir.