ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun rəhbərlik etdiyi nümayəndə heyəti Tayvana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Tayvandakı Amerika İnstitutu məlumat yayıb.
26-30 may tarixlərində baş tutacaq səfərdə 6 konqresmen iştirak edəcək.
Qeyd edək ki, bir neçə gündür Çin ordusu Tayvan ətrafında hərbi təlimlərə başlayıb.