Amerikalı bloqer qəsdən təyyarəsini qəzaya uğratdığına görə pilot lisenziyasından məhrum edilib

Amerikalı videobloqer Trevor Ceykob baxış toplamaq üçün
təyyarəsini qəzaya uğratdığına görə pilotluq lisenziyasından məhrum
edilib.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, videbloqer 2021-ci ilin dekabrında
internetdə təyyarəsində mühərrikin sıradan çıxması səbəbindən
paraşütlə tullanmağa məcbur olduğuna dair video yayımlamışdır.

Lakin son araşdırmalar göstərdi ki, T. Cekob qəzanı qəsdən
törədib. Nəticədə o, pilotluq vəsiqəsindən məhrum edilib.