AMEA-nın Ümumi yığıncağının keçiriləcəyi tarix məlum olub

Xəbər - Fərid Zöhrabov – Trend:

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Ümumi yığıncağı keçiriləcək.

Bunu Trend-ə AMEA
Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva
deyib.

O bildirib ki, ümumi yığıncaqda Akademiyaya yeni prezident
seçiləcəyi ilə bağlı qəti qərar yoxdur. Hazırda yığıncaqda iştirak
edəcək şəxslərin sayı dəqiqləşdirilir. İclasın keçirilməsi də bu
saydan aslı olacaq. Bundan sonra iclasın gündəliyi məlum
olacaq.


Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası
keçirilib. AMEA prezidenti Ramiz Mehdiyev istefa etdiyini
bildirib.

Twitter:@FaridZohrabov

Teqlər: