AMEA ləğv edilməlidir – Millət vəkili

AMEA ləğv edilməlidir – Millət vəkili

Əvvəllər də söyləmişəm, AMEA ləğv olunmalı, onun bazasında bir neçə müasir universitet yaradılmalıdır. Elmin inkişaf etdiyi ölkələrdə bütün elmi nailiyyətlər, kəşflər universitetlərdə əldə olunur. Çox istərdim ki, Prezident Azərbaycanda, Xankəndi və Xocalı da daxil olmaqla, yeni universitetlərin açılması barədə sərəncam imzalasın və Ağdama növbəti səfəri zamanı ilk universitetin təməl daşanı qoysun. Elmə və təhsilə ayrılan vəsait dəfələrlə artırılsın.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev AMEA ilə bağlı müzakirələr haqda geniş müsahibəsində bildirib.

Teqlər: