AMEA-da Tibb Mərkəzi yaradılıb

Xəbər - Humay Ağacanova – Trend:

AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin nəzdində Tibb Mərkəzi yaradılıb.

AzerTimes-ın məlumatına görə bu barədə AMEA Rəyasət Heyətinin dünən keçirilən iclasında qərar qəbul olunub.

İclasda çıxış edən AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması, sağlamlığının qorunması və onlara vaxtında tibbi xidmətin göstərilməsi zərurəti yarandığını söyləyib. O, Rəyasət Heyəti aparatının İşlər idarəsinin nəzdində Tibb Mərkəzinin yaradılması ilə bağlı ilkin sənədin hazırlandığını diqqətə çatdırıb.

Daha sonra Rəyasət Heyəti tərəfindən AMEA əməkdaşlarının və ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müayinə, müalicə, maarifləndirmə və digər tibbi tədbirlərin həyata keçirilməsi məqsədilə AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin nəzdində Tibb Mərkəzinin yaradılması haqqında qərar qəbul olunub. Tibb Mərkəzinin Abşeron rayonunun Saray qəsəbəsində elm və təhsil işçiləri üçün nəzərdə tutulmuş “Science City” yaşayış kompleksində yerləşməsi qərarlaşdırılıb.

Teqlər: