AMB-nin sədrinə yeni müşavir təyin edildi

AMB-nin sədrinə yeni müşavir təyin edildi

Rəşad Məsim oğlu Məmmədov Mərkəzi Bank (AMB) sədrinin yeni müşaviri təyin edilib.

AzerTimes xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bununla da AMB sədrinin müşavirlərinin sayı 4-ə çatıb.

Qeyd edək ki, R.Məmmədov bundan əvvəl PAŞA Bank ASC-də çalışıb. O, 2015-2017-ci illərdə Bankın Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru işləyib.

Teqlər: