Alüminium qiymətləri son 14 il ərzində ən yüksək həddə çatıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Dünya birjalarında alüminium qiymətləri bir ton üçün 3 236 dollara çatıb.

Trend-in məlumatına görə bu, 2008-ci ilin iyulundan bəri qeydə alınan ən yüksək göstərici olub.

Qeyd olunur ki, son sutka ərzində alüminium 3 faiz bahalaşıb. Ümumilikdə, bu ilin əvvəlindən alüminiumun qiyməti 15 faiz artıb.


Ötən il ərzində isə həmin metal 42 faiz bahalaşmışdı.

Mütəxəssislərin fikrincə, bu bahalamaşmaya səbəb Çinin hava çirklənməsinin qarşısının alınması məqsədilə alüminium istehsalını azaltması olub.