Alparslan İmamqulu vəfat etdi

Alparslan İmamqulu vəfat etdi

Tanınmış hərbi ekspert Alparslan İmamqulu vəfat edib.

AzerTimes Musavat.com-a istinadla xəbər verir ki, mərhum mədə xərçəngindən əziyyət çəkirdi.

Alparslan İmamqulu “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, ehtiyatda olan polkovnik-leytenant idi.

Hərbi ekspert həm də “M5 Müdafiə və Strategiya jurnalı”nın regional təmsilçisi olub.

Qeyd edək ki, əvvəlki ad-soyadı Ruslan İmamquliyev olan ekspert bir neçə il öncə adındakı “rus” hərf birləşməsinə görə adını dəyişdirmişdi.

Teqlər: