Almatıdakı iğtişaşların bəzi iştirakçıları Qazaxıstanda işlədilməyən dillərdə danışırdılar – Tokayev

Almatıdakı iğtişaşların bəzi iştirakçıları Qazaxıstanda işlədilməyən dillərdə danışırdılar.

AzerTimes-ın məlumatına görə, bu barədə özünün Twitter səhifəsində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yazıb.

“Quldurlar və terrorçular çox yaxşı hazırlanıb, təşkil edilib və xüsusi mərkəz tərəfindən idarə olunur. Onların bəziləri Qazaxıstanda işlədilməyən dillərdə danışırdılar. Almatıya ümumilikdə 20 minə yaxın terrorçunun iştirakı ilə 6 hücum edilib”, – deyə Tokayev bildirib.