Almatıda terror aksiyalarının 100-dən artıq iştirakçısı saxlanılıb

Qazaxıstanın cənub-şərqindəki Almatı şəhərində keçirilən xüsusi əməliyyat zamanı terror aksiyalarının 100-dən çox iştirakçısı saxlanılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə polis departamentinə istinadən “Xəbər-24” telekanalı məlumat yayıb.


Polis departamentindən bildirilib ki, xüsusi əməliyyat zamanı polis əməkdaşları terror aksiyalarının 100-dən çox iştirakçısını saxlayıb, polis əməkdaşları şəhərin müxtəlif yerlərində silah-sursat müsadirə ediblər.