Almatıda saxlanılan iğtişaşlarda iştirakçıların sayı 2,4 min nəfərə çatıb

Ötən sutka ərzində daha 243 nəfər Almatıdakı iğtişaşlarda iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə şəhər komendantlığının operativ qərargahı bildirib.

Qeyd olunub ki, antiterror əməliyyatı başlayandan bəri qanunsuz aksiyalarda iştiraka, talançılığa və digər cinayətlərə görə 2402 nəfər saxlanılıb.

Qərargahdan bildiriblər ki, əməliyyat başlayandan bəri ümumilikdə 79 odlu silah və 3976 döyüş sursatı götürülüb.

Teqlər: