Novak Cokoviçin vizasının ləğv edilməsi ilə bağlı məhkəmə iclası təxirə salıb

Avstraliya Federal Məhkəməsi serbiyalı tennisçi Novak Cokoviçin yeni apelyasiyasına baxılmasını təxirə salıb. N.Djokoviç ölkə hakimiyyətinin vizasının təkrar ləğv edilməsi və deportasiyasına dair qərarına etiraz edib.

AzerTimes-ın məlumatına görə, bu barədə məhkəmə iclasının onlayn yayımı zamanı hakim Devid O’Kallaqan bildirib.

Məhkəmə qərarı ilə növbəti məhkəmə iclası 16 yanvar, yerli vaxtla saat 09: 30-da baş tutacaq. Bu müddətə qədər idmançı Melburndakı miqrantlar üçün oteldə qalacaq.


Avstraliya ərazisində onun qalması federal məhkəmənin N.Djokoviçin vizasının yenidən ləğv etmək qərarının qanuniliyini nəzərə almayana və bu iş haqqında yekun qərar verməyənə qədər uzadılacaq.

Teqlər: