Almaniyanın bütün şəhərlərində sürücülər tətil edir

Almaniyanın bütün şəhərlərində sürücülər tətil edir

Almaniyada demək olar ki, bütün ölkə üzrə şəhər ictimai nəqliyyatın işçiləri tətillər keçirir.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, tətillərdə avtobus, tramvay sürücüləri və metro qatarlarının maşinistləri iştirak edir.

Tətil Bavariya istisna olmaqla, bütün federal torpaqlarda keçirilir.

“Ver.di” həmkarlar ittifaqının məlumatına görə, etiraz aksiyası keçirməyən yeganə böyük şəhər Axen və Mannheim-Heidelberq-Ludvigshafen bölgəsidir.

Etiraz aksiyalarının sabah başa çatacağı bildirilir.

Həmkarlar ittifaqı Almaniyada inflyasiyanın artması və iş şəraitinin yaxşılaşması fonunda 90 min üzvünün maaşının artırılmasını tələb edir.

Teqlər: