Almaniyanı SSRİ-yə hücuma vadar etmişdilər…

Almaniyanı SSRİ-yə hücuma vadar etmişdilər…

Qərb Almaniya və Rusiya arasında yaxınlaşmaya imkan vermək istəmir, çünki belə bir ittifaq çox güclü görünür.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Qərb siyasətçilərinin alçaqlığı hamıya məlumdur. İndi Ukraynanın Rusiyaya qarşı çıxması və Kiyev vasitəsilə bütün Qərbin Kremllə müharibəsi aparması planı Almaniya ilə Rusiya arasında yeni yaxınlaşmanın qarşısının alınmasını nəzərdə tutur”, – o bildirib.

Lavrovun fikrincə, Avrasiya qitəsində tarixi dönüşlər Rusiya və Almaniyanı müttəfiq edən kimi onlar uğur qazandılar və təsirləri kəskin şəkildə artdı:

“Rusiya-Almaniya yaxınlaşması istər Birinci Dünya müharibəsi ərəfəsində, istərsə də Birinci və İkinci Dünya müharibələri arasında çoxlarının xoşuna gəlmədi. Qərb ölkələri Almaniyanı açıq şəkildə SSRİ-yə qarşı müharibəyə hazırladılar, 1938-1939-cu illərdə onunla təcavüz etməmək haqqında pakt imzaladılar. Və 1939-cu ildə biz belə bir pakt imzalamağa məcbur olanda dedilər ki, İkinci Dünya müharibəsinin səbəbi budur”.

O qeyd edib ki, məhz Rusiya ilə Almaniya arasında ittifaqın, o cümlədən enerji ittifaqının möhkəmlənməsinin qarşısını almaq üçün “Şimal axını-1” və “Şimal axını-2” partladılıb.

Teqlər: