Almaniyanın Reynland-Pfalts torpağında yüngülmühərrikli təyyarə qəza enişi edib.
AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə Pirmazens şəhərinin polis idarəsindən bildiriblər.
Məlumata əsasən, 72 yaşlı pilot idarə etdiyi təyyarənin mühərriki sıradan çıxıb və pilot avtomobil körpüsünə eniş etmək məcburiyyətində qalıb.
Eniş etdikdən sonra təyyarə yük maşını ilə toqquşub. Nəticəsində pilot xəsarət alıb.