Almaniyada “Teslan”-ın Avropada ilk zavodu açılıb

Çərşənbə axşamı Berlin yaxınlığındakı Grünheide yaşayış
məntəqəsində “Tesla”-nın Avropadakı ilk zavodunun rəsmi açılış
mərasimi keçirilib.

Trend yerli Die Zeit nəşrinə istinadən xəbər verir ki, alıcılar
artıq zavodda istehsal olunmuş ilk 30 avtomobili qəbul ediblər.

Açılış mərasimində Almaniya kansleri Olaf Şolts, iqtisadiyyat
naziri Robert Habek və “Tesla” şirkətinin baş direktoru İlon Mask
iştirak edib. Yeni zavodda 12 min iş yeri yaradılacaq, şirkət ildə
500 minə qədər avtomobil istehsal etməyi planlaşdırır.