Almaniyada ölkədəki 13 milyon ev təsərrüfatının təchizatına
cavabdeh olan elektrik tədarükçüləri aprel, may və iyun aylarında
tariflərin təxminən 19,5 faiz artacağını bildiriblər.
Trend yerli “DPA” agentliyinə istinadla xəbər verir ki, Verivox onlayn
platforması 2022-ci ildə fərdi istehlakçıların üzləşəcəyi elektrik
enerjisi qiymətlərindəki artımın Ukraynada baş verən hadisələrlə
bağlı olduğunu bildirib. Almaniyada qazın qiymətində artım orta
hesabla 42,3 faiz olacaq. Platforma qaz tədarükçülərinə “tarixdə
görünməyən yüksək” qaz qiymətləri barədə xəbərdarlıq edir.
Məlumata görə, əvvəllər bir ev təsərrüfatı təxminən dörd min
kilovat-saat elektrik enerjisi istehlak edərək 1171 avro
ödəyirdisə, hazırda bu rəqəm 1737 avroya çatıb.