Almaniyada polis məktəbdə əməliyyat keçirir

Xəbər - Orxan Nəbiyev – Trend:

Almaniyanın Hamburq şəhərində məktəblərin birində polis əməliyyat keçirir.

Trend-in məlumatına görə, bu barədə Hamburq polisinin “Twitter” səhifəsində bildirilir.

Qeyd olunur ki, əməliyyat məktəbə odlu silahla silahlanmış şəxsin daxil olması xəbəri ilə əlaqədar keçirilir.


Hazırda məktəbin ətrafı nəzarətə götürülüb. Polis həmin şəxsin axtarışlarını aparır.