Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 155-ə çatıb

Almaniyanın qərbində baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ölüm hallarından 110-u Arvayler rayonunda, 45-i isə Şimali Reyn – Vestfaliyada qeydə alınıb.

Məlumata əsasən, təxminən 670 nəfərin xəsarət aldığı məlumdur.

Bildirilir ki, ölənlər və xəsarət alanların sayının artma ehtimalı var.