Almaniyanın qərbində baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ölüm hallarından 110-u Arvayler rayonunda, 45-i isə Şimali Reyn – Vestfaliyada qeydə alınıb.
Məlumata əsasən, təxminən 670 nəfərin xəsarət aldığı məlumdur.
Bildirilir ki, ölənlər və xəsarət alanların sayının artma ehtimalı var.