Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 106-ya çatıb

Almaniyada güclü daşqınlar nəticəsində ölənlərin sayı 106 nəfərə çatıb.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Fransa təbii fəlakətin nəticələrinin aradan qaldırılması prosesində Almaniyaya yardım təklif edib.

Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer özünün “Twitter” səhifəsində Fransaya təşəkkürünü bildirib: “Təşəkkür edirəm. Bir daha təşəkkür edirəm. Fransız həmkarım Florens Parli ilə danışdıq və o Fransa hərbçilərinin yardımını təklif etdi. Fəlakətlər zamanı çox mühüm birlik”.

Qeyd edilir ki, daşqınlar səbəbindən 102 min Almaniya vətəndaşı elektrik enerjisiz qalıb, minlərlə yerli sakini evini tər etmək məcburiyyətində qalıb.