Almaniyada daşqın qurbanlarının sayı 58-ə çatıb

Almaniyadakı daşqınlarda həlak olanların sayı 58-ə çatıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Focus-onlayn” portalı xəbər yayıb.

Daha əvvəl fəlakət qurbanlarının sayı 42 nəfər olaraq bildirilib.


Xatırladaq ki, Almaniyanın qərb və cənub-qərb hissələrində iyulun 12-dən davam edən leysan yağışlar daşqınlara səbəb olub. Təbii fəlakət ilkin olaraq və ən çox Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz bölgələrinə təsirini göstərib.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer həlak olanların ailələrinə başsağlığı verib.

Teqlər: