Almaniyada daşqın qurbanlarının sayı 176-a çatıb

AzerTimes-ın məlumatına görə, Almaniyanın Şimali Reyn-Vestfaliya, Reynland-Pfalz və Bavariya torpaqlarına yağan güclü yağış daşqınları nəticəsində ölənlərin sayı 176-ya çatıb.

Buna baxmayaraq, Alman Meteoroloji Xidməti daşqından təsirlənən bölgələrdə güclü yağışların gözlənildiyi barədə xəbərdarlıq edib.

Keçən həftə leysan yağışları Almaniyanın qərbindəki Şimali Ren-Vestfaliya, Reynland-Pfalz və Bavariya torpaqlarında daşqınlara səbəb olub.


Fəlakətdən təsirlənən ərazilərdə axtarış-xilasetmə və bərpa işləri davam edir.

Teqlər: