Almaniyada bıçaqlı şəxs qatarda sərnişinlərə hücum edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Almaniyada bıçaqla silahlanmış şəxs qatarda sərnişinlərə hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

İnsident Regensburq və Nürnberq şəhərləri arasında gedən qatarda baş verib.


Qatarın hərəkəti dayandırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.