Almaniyada avtomobil bir qrup uşağın üzərinə hərəkət edib – Yaralananlar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Almaniyanın Vitsenhauzen şəhərində avtomobil bir qrup uşağın üzərinə hərəkət edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində üç uşaq xəsarət alıb. Onların vəziyyətinin ağır olduğu deyilir.

Qeyd olunur ki, xəsarət alanların xəstəxanaya çatdırılması üçün iki helikopter cəlb olunub.

İnsident uşaq bağçasının yaxınlığında baş verib. Yerli polis bunun bədbəxt hadisə olduğunu ehtimal edir.