Almaniya XİN-dən çağırış: CAR-da Putini həbs edin!

Almaniya XİN-dən çağırış: CAR-da Putini həbs edin!

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya Prezidenti Vladimir Putinin avqustda BRİKS sammitində iştirak etmək üçün gedəcəyi Cənubi Afrikada həbsini qanuni hesab edir.

AzerTimes xəbər verir ki, bu barədə “Zayt” qəzeti yazıb.

XİN başçısı hesab edir ki, hazırda Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə dair orderinin icrası ilə bağlı beynəlxalq hüquq aydındır.

Berbok Cənubi Afrikada keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putinin mümkün həbsi ilə bağlı beynəlxalq hüquqa hörmət etməyə çağırıb.

Teqlər: