Hollandiya Almaniya ilə birlikdə Şimal dənizində iki ölkənin
sərhədində yerləşən yeni qaz yatağının işlənməsinə başlayacaq.
Trend xəbər
verir ki, bu barədə Hollandiya hökuməti məlumat yayıb.
Qeyd olunur ki, Hollandiyanın İqtisadiyyat və İqlim Siyasəti
Nazirliyinin dövlət katibi Hans Veylbrif Hollandiya tərəfdən
bununla bağlı bütün lazımi icazələri verib. İyunun 3-dən onlara
onlayn, eləcə də Schiermonnikoog (Hollandiya) və Borkum (Almaniya)
adalarının bələdiyyələrində baxmaq mümkün olacaq.
“Almaniyada icazələrin verilməsi üçün sürətləndirilmiş prosedur
həyata keçirilir”, – Hollandiya hakimiyyəti qeyd edib. Bir il əvvəl
Almaniyanın yerli hakimiyyət orqanları yatağın işlənməsinə razılıq
verməkdən imtina edirdi, lakin Ukraynakı vəziyyət, o cümlədən
Rusiya qazının tədarükünün azalması riski səbəbindən, onlar
fikrindən daşınıblar.
Qaz hasilatının 2024-cü ilin sonunda başlayacağı gözlənilir.