Almaniya və Fransa razılaşdı, mübarizə başlayır

Almaniya və Fransa razılaşdı, mübarizə başlayır

Almaniya və Fransa Avropanı bürüyən yüksək inflyasiya və enerji böhranına qarşı birgə mübarizə aparması ilə bağlı razılığa gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat naziri Bruno Lö Marie deyib.

“Enerji istehlakının azaldılması vacibliyi məsələsində Almaniya ilə həmfikirik. Daha sürətli hərəkət etməyə və daha çox irəliləyiş əldə etməyə ehtiyac var”, – deyə nazir bildirib.

O, eyni zamanda ABŞ-da qəbul edilən İnflyasiyanın Azadılması Aktının da Avropa ölkələri üçün narahatlı mənbəyi olduğunu açıqlayıb:

“Buna cavab olaraq Avropa və ABŞ arasında bərabər oyun meydanını qorumaq istəyirik, “qisas” tədbirinə gərək yoxdur”.

Teqlər: