Almaniya və Belçikada daşqınlar nəticəsində həlak olanların sayı 150 nəfəri ötüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Almaniyada daşqınlar nəticəsində həlak olanların sayı artmaqda davam edir.

AzerTimes-ın məlumatına görə, Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts federal torpaqlarında ölənlərin sayı 133 nəfərə çatıb.

İtkin düşənlərin sayı 1 300-ə yaxın olduğu ölü sayının dəfələrlə artacağı ehtimal edilir.

Eyni zamanda Belçikada fəlakət qurbanlarının sayı 20 nəfərə çatıb.