Almaniya Ukraynaya təxminən 37 milyon avro ayırmaq niyyətindədir

Almaniya Ukraynaya ölkədəki hərbi əməliyyatların nəticələrini
aradan qaldırmaq üçün əlavə olaraq 37 milyon avro (təxminən 40
milyon dollar) ayıracaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Reuters” agentliyi Almaniyanın “Augsburger Allgemeine” qəzetinə istinadən bildirib.

“Mənim nazirliyim fövqəladə hallar proqramı çərçivəsində bunun
üçün yenidən vəsait ayırıb”, – deyə Almaniyanın İqtisadi Əməkdaşlıq
və İnkişaf naziri Svenya Şulzenin sözləri qəzetdə sitat
gətirilib.

Bildirilib ki, Ukraynanın elektrik şəbəkəsinin yenidən
qurulmasına təxminən 22,5 milyon avro, yaşayış binalarının və tibbi
avadanlıqların bərpasına isə 14,4 milyon avro ayrılacaq.

Teqlər: