Almaniya Ukraynaya ilk dəfə olaraq 10 “Leopard 1”tankını təhvil verib.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Məlumata görə, Berlin ümumilikdə ukraynalı müdafiəçiləri bu tip 100-dən çox tankla təmin etməlidir.
Tanklardan əlavə Almaniya Ukraynaya “Marder” piyadaların döyüş maşını və “Dachs” mühəndis tankları üçün 20 MG3 pulemyotu verib.