Almaniya Ukraynadan 800 min qaçqın qəbul edib.
Trend xəbər verir ki, bu barədə Almaniyanın federal kansleri
Olaf Şolts Brüsseldə Avropa İttifaqı Şurasının xüsusi iclasının
yekunları üzrə bildirib.
“Biz yenə də humanitar yardımdan danışdıq. Bilirsiniz ki,
hazırda Almaniyada Əcnəbilərin Mərkəzi Reyestrində 800 minə yaxın
ukraynalı qeydiyyatdadır. Bu, ölkəmizin vətəndaşlarının və bir çox
alman icmasının xaricdə və bu halda Almaniyada müdafiə axtaran və
dəstəyimizə ehtiyacı olanlara kömək etməyə nə qədər töhvə verdiyini
göstərir”, – deyə O.Şolts bildirib.
Alman KİV-ləri bildirib ki, ölkənin məktəblərində artıq 123 min
ukraynalı uşaq təhsil alır.