Aİ Cənubi Qafqazda sabitlik üçün Azərbaycan və Ermənistanla əməkdaşlığı dərinləşdirməyə davam edəcək

Avropa İttifaqı Şurasının (Aİ) prezidenti Şarl Mişel təhlükəsiz,
sabit, dinc və firavan Cənubi Qafqazı təşviq etmək üçün Aİ-nin
Azərbaycan və Ermənistanla əməkdaşlığı dərinləşdirməyə sadiqliyini
bir daha təsdiqləyib.

Trend xəbər
verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidentinin mətbuat
katibi Baren Leytsin bəyanatında deyilir.

“O (Ş.Mişel – red.) hər iki ölkənin sərhəd komissiyalarının
mayın 24-də keçirilmiş ilk tarixi iclasını alqışlayıb və
delimitasiya davam edəcəyi üçün Ermənistanla Azərbaycan arasında
dövlət sərhədi boyunca sabitliyin və təhlükəsizliyin təmin
edilməsinin kritik əhəmiyyətini vurğulayıb.

Prezident Ş.Mişel daha geniş mənada vurğulayıb ki, Ermənistan və
Azərbaycan arasında münasibətlərin davamlı şəkildə normallaşması
üçün gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması,
eləcə də münaqişənin köklü səbəblərinin həlli də daxil olmaqla,
bütün həll edilməmiş məsələlərin həll edilməsi vacibdir”, – deyə
bəyanatda bildirilir.

Teqlər: