Almaniya şirkətləri Qarabağda bərpa işlərində fəal iştirak edir – Səfir

Almaniya şirkətləri Qarabağda bərpa işlərində fəal iştirak
edir.

Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq “Sülh və
təhlükəsizlik təhdid altındadır – Qaydalara əsaslanan dünya nizamı
bizə niyə lazımdır” mövzusunda tədbir çərçivəsində Trend-in sualına cavabında
deyib.

Onun sözlərinə görə, iki Almaniya şirkəti yol tikintisi ilə
məşğuldur.

“Digər ölkələrdən, məsələn, İsrail və Türkiyədən şirkətlər də
alman texnologiyalarından istifadə etməklə Azərbaycanın azad
edilmiş ərazilərində bərpa işlərində iştirak edirlər”, – səfir
deyib.

(Tərcümə: Orxan Nəbiyev)