Almaniya şirkətləri “Cənub Qaz Dəhlizi”nin buraxılış gücünün artırılmasına töhfə verə bilər – Volfqanq Maniq (FOTO)

Almaniya şirkətləri “Cənub Qaz Dəhlizi”nin buraxılış gücünün
artırılmasına töhfə verə bilər.

Bunu Trend
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq “Sülh və
təhlükəsizlik təhdid altındadır – Qaydalara əsaslanan dünya nizamı
bizə niyə lazımdır” mövzusunda tədbir çərçivəsində deyib.

“Hazırda Almaniya Energetika Nazirliyi enerji ehtiyatlarının
alternativ idxal mənbələrini axtarır. Almaniyanın “Cənub Qaz
Dəhlizi” vasitəsilə qaz tədarükünü təşkil etmək niyyəti var”, –
deyə o bildirib.

Səfir qeyd edib ki, Almaniyanın “Uniper” energetika şirkəti
hökumətdən təminat alıb və SOCAR-la fəal əməkdaşlıq edir.

“Sabah şirkətlər arasında görüş keçiriləcək və münasibətlərin
gələcək inkişafı müzakirə olunacaq. Müəyyən müqavilələr
imzalanandan sonra bu və ya digər tikinti işləri barədə danışmaq
mümkün olacaq”, – səfir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: